Baş Prokurorluq: Cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Sosial

13.03.2025 13:05

1841

Rusiya Federasiyasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Bu barədə TodayPress-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Osmanlı Turqut Mehman oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Osmanlı Turqut Mehman oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Qeyd edək ki, Turqut Osmanlı Rusiya Federasiyasının ərazisində saxlanılaraq 12.03.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

tag: Baş Prokurorluq,Məlumat,Dələduzluq,Axtarış,Rusiya,Əməkdaşlıq,Todaypress.az,