Balaxanıda yük maşınından 600 litr yanacaq oğurlandı

Sosial

12.05.2025 14:54

22

Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində paytaxt sakininə məxsus “MAN” markalı avtomobildən 1400 manat dəyərində təkər və 600 litr yanacaq oğurlanıb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı E.Bayramov və 34 yaşlı E.Bəkirov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalar aparılır.

tag: DİN,Polis,Oğru,Yanacaq,Todaypress.az,