Balakəndə qəza törədən motosikletçi komaya düşdü
Sosial
18.07.2024 00:15
Balakənin Kortala kəndində hərəkətdə
olan motosiklet yoldan çıxaraq aşıb və sürücü nəqliyyat vasitəsinin altında
qalıb.
TodayPress xəbər verir
ki, axşam saatlarında Kortala kənd sakini, 30 yaşlı Fərman Əfəndiyev müxtəlif dərəcəli
ağır bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona
ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər motosiklet sürücüsünün komaya düşdüyünü və vəziyyətinin ağır olduğunu
bildiriblər.
İlkin araşdırmalarla məlum
olub ki, Fərman Əfəndiyev kənd ərazisində özünə məxsus motosikleti yüksək sürətlə
idarə edib və idarəetməni itirməsi nəticəsində qəza baş verib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
tag: Balakən, Motosiklet, Qəza, Hadisə, todaypress.az,