Bakıvaxtı.az 4 yaşında

Sosial

05.03.2025 12:35

1756

Bu gün Bakıvaxtı.az xəbər portalının fəaliyyətə başlamasından 4 il ötür. 

TodayPress məlumat verir ki, Bakıvaxtı.az  2021-ci il martın 5-də fəaliyyətə başlayıb.

Portal ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır. 

Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərmək saytın əsas hədəflərindəndir. 

Bakıvaxtı.az portalı fərq qoymadan bütün ictimai və siyasi təşkilatlarla əməkdaşlıq edir, onların bütün məlumatları öz səhifəsində işıqlandırır. 

Saytın əməkdaşları müxtəlif müsabiqələrdə mükafatlara layiq görülüblər. 

Bakıvaxtı.az dəfələrlə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında da yer alıb.

TodayPress kollektivi adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

tag: Bakıvaxtı.az,Sayt,Xəbər,Portal,Todaypress.az,