Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sosial

31.01.2025 10:56

Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

TodayPress xəbər verir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentli məlumat yayıb. 

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.  “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur” deyə, məlumatda deyilib.

tag: Bakı,Nərimanov,Küçə,AYNA,Hərəkət,Todaypress.az,