Bakının 551 küçəsi yuyuldu

Sosial

15.03.2025 17:45

1543

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 15-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov  rayonu ərazilərində ümumçəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib. 

Bu barədə TodayPress-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməclikdə yaxından iştirak ediblər. 

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir.

tag: BŞİH,Ağacəkmə,Aksiya,İməcilik,Todaypress.az,