Bakının 10-dan çox küçəsində tıxac müşahidə olunur

Sosial

03.06.2024 08:38

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

 TodayPress xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 Hal-hazırda yollardakı vəziyyət :

 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

 5. "20 Yanvar" dairəsində;

 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 7. Mikayl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

 9. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

 10. Babək prospekti, mərkəz istiqamətində;

 11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

tag: Tıxac, 8 Noyabr Prospekti,Tiblisi prospekti,"20 Yanvar" dairəsi,todaypress.az,