Bakıda yol qəzası: Svetofor yararsız vəziyyətə düşdü

Sosial

25.01.2025 14:46

Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb. 

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında baş verib. 

Qəza zamanı yeni quraşdırılmış svetofor yararsız vəziyyətə düşüb. 

NİİM-in əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq.

tag: Qəza,İşıqfor,Yol,DİN,Todaypress.az,