Bakıda yol qəzası oldu, xəsarət alanlar var
Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət
alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə Binə qəsəbəsində
qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücü, 2000-ci il
təvəllüdlü Əliyev Rəvan Nizami oğlu və onun sərnişinləri - 2003-cü il
təvəllüdlü Hüseynova Zeynəb Məhərrəm qızı və 2005-ci il təvəllüdlü Bəyəliyeva
İlkanə İlkin qızı xəsarət alıblar.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya
çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Qəza, Yaralı, Bakı, Nəqliyyat, Binə, todaypress.az,