Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait açıqlandı
Sosial
17.01.2025 06:37
Bakının Yasamal rayonunda Mərkəzi parkın
davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni
park) və ətraf ərazilərin abadlaşdırılmasına 37 milyon 230 min manat sərf
olunacaq.
TodayPress xəbər verir ki, bu işləri “Vest LTD”
Qapalı Səhmdar Cəmiyyəti həyata keçirəcək.
Şirkət “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan
etdiyi satınalma müsabiqəsinin qalibi olub və onunla artıq müqavilə imzalanıb.
Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36
min 658 kv.metr təşkil edən binaların uçurulma metodu ilə
sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.
tag: Park, Vəsait, Bakı, Tikinti, Təmir,Yasamal, todaypress.az,