Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək gücləndi

Sosial

27.07.2024 23:32

İyulun 27-si saat 22:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

TodayPress Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarıbaşda(Qax), Qrızda duman müşahidə olunub.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək güclənib.

tag: Bakı, Abşeron, Hava, Leysan, Yağış, todaypress.az,