Bakıda tanınmış hüquq müdafiəçisi itkin düşdü: AXTARILIR
Azərbaycan
Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-2000-ci illərin
tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Taisiya Qordeyevanın itkin düşməsi ilə
əlaqədar axtarış elan edilib.
Bu barədə TodayPress Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirib ki, itkin
düşmə kimi axtarışa elan edilən qadının tapılaraq aidiyyəti üzrə təhvil
verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, Taisiya
Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184
ünvanında yerləşən “Omid” mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar
ailə üzvləri paylaşım edib. Onun demensiyadan əziyyət çəkdiyi bildirilir.
Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı
olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli
telefonlarına zəng etmələri xahiş olunur.
tag: Hüquq Müdafiəçisi, Axtarış, İtkin, Taisiya Qordeyeva, todaypress.az,
