Bakıda taksi işləyən avtomobil aşdı

Sosial

20.04.2025 03:11

8

Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən Ayna Sultanova parkının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. 

TodayPress "Unikal"a istinadən xəbər verir ki,  taksi xidmətlərindən birinə məxsus "Chevrolet Cobalt" markalı avtomobil aşıb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

tag: Bakı, Binəqədi,Atatürk, Ziya Bünyadov,Chevrolet , Taksi, Qəza, Xəsarət, todaypress.az,