Bakıda sürücünü döyən, avtomobilə ziyan vuran şəxslər həbs edildi
Bakıda sürücünü döyüb, avtomobilə ziyan
vuran şəxslər həbs edilib.
TodayPress xəbər verir ki, paytaxtın Binəqədi rayonu
Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet”
markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması
faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar
verilib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov,
Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən
saxlanılaraq həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam
etdirilir.
tag: Bakı, Binə, Həbs, Sürücü, Binəqədi, Cinayət İşi, todaypress.az,