Bakıda sünnət edilən 4 aylıq körpə öldü
Sosial
08.07.2024 13:52
Bakıda faciəli hadisə baş verib.
TodayPress xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.
Ora sünnət olunmaq üçün aparılan Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib. Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.(lent.az)
tag: Bakı, Sünnət, Ölüm, Abşeron, Körpə, todaypress.az,