Bakıda sökülən evlərə kompensasiyalar necə ödəniləcək? – Deputat AÇIQLADI

Sosial

15.04.2025 10:53

20

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işlərinin istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edəcəyi gözlənilir.

TodayPress xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə danışarkən bildirib ki, bəzi həyət evlərinin sahəsi çox kiçik olduğundan bu mənzillərə kvadrat metrə görə deyil, konkret məbləğdə kompensasiya verilməsi daha məqsədəuyğun olar.

Onun sözlərinə görə, söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği ilə bağlı olsa da, belə ödənişlərin evlərin sahələri üzrə necə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır. Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. 

"Bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman az sahəli evlər üçün konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun". 

Parlamentari hesab edir ki, bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək ola bilər.

Qiymət Mahir

tag: Bakı,Ev,Söküntü,Deputat,todaypress.az,

photo