Bakıda silahlı insident: 3 polis əməkdaşı qətlə yetirildi
Sosial
24.06.2024 10:10
Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda isə axtarışda olan Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
TodayPress xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa cəhd edib. Yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
tag: Bakı, İnsident, Polis, Xəzər Rayonu, DİN, todaypress.az,