Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress
xəbər verir ki, bu barədə “Unikal.az” məlumat yayıb.
Belə
ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən “Isuzu” markalı
sərnişin avtobusu iki “Hyundai” markalı avtomobillə toqquşub.
Qəza
zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
45
saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov açıqlamasında
bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
“Qəza
avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş
verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri
zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış
keçirilib. Xəsarət alan olmayıb”.
tag: Avtobus, Qəza, Bakı, Avtomobil, Toqquşma, todaypress.az,