Bakıda “Rus Evi”nə nəzarət gücləndirildi
Sosial
03.02.2025 23:12
Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları
“Rossotrudniçestvo”nun Bakıdakı “Rus Evi”nin binasını nəzarətə götürüblər və
bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti
həyata keçirilir.
TodayPress xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.
Bildirilir
ki, “Rus Evi”nin Azərbaycanda hələ də lazımi qeydiyyatı yoxdur. Ötən gün “Rus
Evi” fevral ayı üçün tədbirlər planını dərc edib və bu planda, ehtimal ki,
Xocalı soyqırımının ildönümü qeyd olunmayıb.
Halbuki
Azərbaycanda rəsmi qeydiyyatı olmayan təşkilat ölkə ərazisində qanuni fəaliyyət
göstərə bilməz. Diplomatların ekstraterritoriallıqla bağlı sevimli arqumentinin
bununla heç bir əlaqəsi yoxdur - “Rus evi” Rusiya diplomatik missiyasının
ərazisində yerləşmir. Təkcə bu fakt onu bağlamaq üçün ciddi səbəbdir.
Rəsmi
olaraq “humanitar layihələr” və “yumşaq güc”lə məşğul olsa da, əslində “Rus
Evi”nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.
“Rossotrudniçestvo”ya
1990-cı il yanvarın 20-də Bakıda cəza əməliyyatının və dinc əhalinin kütləvi
qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik
Yevgeni Primakov rəhbərlik edir. Hazırda “Rossotrudniçestvo” çətiri altında
hansı anti-Azərbaycan təxribatlarının həyata keçirildiyi barədə dəfələrlə
məlumat verilib. Odur ki USAİD-lə olduğu kimi, “Rus Evi”nin və
“Rossotrudniçestvo”nun Azərbaycandakı fəaliyyəti də dayandırılmalıdır.
tag: Rus Evi, Nəzarət, Polis, Azərbaycan, todaypress.az,