Bakıda qumbara və avtomat tapıldı

Sosial

14.03.2025 15:12

2991

Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Səbail rayonu ərazisində 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 10 patron tapılaraq götürülüb. 

Nəsimi və Nərimanov rayonlarında isə 2 nəfər 2 avtomat silahı və 5 patronu könüllü olaraq polisə təhvil veriblər. Araşdırmalar aparılır.

tag: DİN,Avtomat,Qumbara,Bakı,Todaypress.az,