Bakıda qəzaya uğrayan avtobusla bağlı RƏSMİ AÇIQLAMA

Sosial

07.03.2025 11:00

2127

Martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb".

Agentlik açıqlayıb ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Töhfə Səməd


xxx


10:26


Bakıda marşrut avtobusu maneəyə çırpılıb.

TodayPress xəbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb. 53 nömrəli marşurt avtobusu yoldan çıxaraq qəza törədib.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli TodayPress-ə bildirilib ki, 10 HG-753 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb.

T. Nəsirlinin sözlərinə görə, faktla bağlı araşdırılma aparılır.

tag: Bakı,Səbail,Avtobus,Qəza,Todaypress.az,