Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirildi
Novruz Bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu gün paytaxtın Nərimanov rayonu ərazilərində ağacəkmə aksiyası keçirilib.
Bu barədə TodayPress-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Aksiya çərçivəsində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağac və kol bitkiləri əkilib, iməclik keçirilib.
Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müracitinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
tag: BŞİH,Ağacəkmə,Aksiya,İməcilik,Todaypress.az,
