Bakıda meyit aşkarlandı

Sosial

24.03.2025 20:10

2883

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə TodayPress-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

tag: Bakı, Meyit, FHN, Xətai, todaypress.az,