Bakıda hərbi sursat aşkarlandı

Sosial

07.10.2024 10:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

TodayPress xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş döyüş tətbiqinə yararlı 40 ədəd 9 mm-lik mərmi, 60 ədəd 5x45 mm-lik mərmi və 300 qram barıt XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

tag: Bakı, Hərbi Sursat ,Mina, FHN, XRXX ,Hadisə, todaypress.az,