Bakıda gənc oğlan bıçaqlandı

Sosial

12.07.2024 00:41

Bakının Sabunçu rayonunda 24 yaşlı oğlan dava zamanı bıçaq xəsarəti alıb.

TodayPress xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Mirzəyev Raid Nazim oğlu dava zamanı bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

tag: Bakı, Sabunçu, Bıçaqlanma, Mirzəyev Raid, todaypress.az,