Bakıda evdən 12 min manatlıq qızıl oğurlandı

Sosial

27.02.2025 12:00

969

Bakıda evdən oğurluq edilib.

TodayPress xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla isə oğurluq etdiyinə görə saxlanılmış M.Məmmədovun Nardaran qəsəbəsində 215 metr naqil oğurladığı da müəyyən edilib.

Araşdırmalar aparılır.

tag: Bakı,Ev,Oğurluq,Qızıl,todaypress.az,