Bakıda evdə partlayış oldu, 5 nəfər xəsarət aldı

Sosial

02.03.2025 09:26

707

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

TodayPress nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları 210 kv.m. və evin yanar hissələri 100 kv.m. sahədə yanıb, 5 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

tag: Hadisə,FHN,Bakı,Partlayış,todaypress.az,