Bakıda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Sosial

29.01.2025 17:20

Bakının Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

tag: DİN,Nərimanov,Araşdırma,Mənimsəmə,Todaypress.az,