Bakıda bir sıra ərazilərdə su olmayacaq

Sosial

04.02.2025 11:48

Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. 

Bildirilib ki, görülən işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. 

Qeyd olunan tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

tag: Səbail,Nəsimi,Yasamal ,ADSEA,Su,todaypress.az,