Bakıda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sosial
21.01.2025 21:50
Xəzər və Sabunçu rayonlarının bəzi
ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda orta təzyiqli qaz kəməri
üzərində qoruyucu klapanın quraşdırılması, Sabunçu rayonu ərazisində isə
yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi
ilə 22.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması
planlaşdırılır.
"Təmir işləri aparılan müddətdə Xəzər rayonu,
Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin və Sabunçu rayonunun Şəhər
şosesi, N.Baybakov, İ.Aslanov, M.İbrahimov, Y.Saratov, M.Ə.Rəsulzadə
küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq" məlumatda
vurğulanıb.
tag: Qaz, Xəzər, Sabunçu, Fasilə, Təmir, Buzovna, todaypress.az,