Bakıda baş vermiş partlayışla bağlı araşdırma aparılır

Sosial

07.10.2024 16:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. 

TodayPress xəbər verir ki, ümumi sahəsi 40kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Hadisə zamanı qazanxana binası və ərazidə sahəsi 240kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib. 6 nəfər müvafiq tibb müəssisələrə yerləşdirilib. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. 

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

tag: FHN,Partlayı.,Qazanxana,Nizami rayonu,todaypress.az,