Bakıda 6 kq çəkidə körpə doğuldu

Sosial

17.01.2025 09:45

Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib.

KTM-dən TodayPress-ə  verilən məlumata görə, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.

Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Qeyd edək ki, həkimlər körpənin vəziyyətini orta-ağır, ananın isə stabil qiymətləndirirlər.

tag: Körpə, Doğuş, Dinamika ,Səhhət, todaypress.az,