Bakıda 6 dönərxana bağlandı
Sosial
04.11.2024 17:52
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı Bakıda altı dönərxananın fəaliyyəti dayandırılıb.
TodayPress xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Qeyd olunub ki, bu dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyinin qeydiyyatından həyata keçirildiyi müəyyən edilib.
Yoxlama zamanı Yamal rayonunda bir, Nizami rayonunda üç, Binəqədi rayonunda iki dönərxananın fəaliyyətində nöqsanlar verilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti dayandırılıb.
tag: Bakı, Dönərxana, Yasamal, Yoxlama, Tədbirlər, todaypress.az,