Bakıda 57 yaşlı qadını avtomobil vurdu
Sosial
05.06.2024 08:38
Bakının Nəsimi rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, yolu keçən 1967-ci il təvəllüdlü Hüseynova Rəna Vaqif qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır (report).
tag: Avtomobil,Yol-Nəqliyyat,Qəza,Nəsimi Rayonu,todaypress.az,