Bakıda 5, rayonlarda 8 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

Sosial

23.02.2025 14:00

2412

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar növbəti xəbərdarlıq yayılıb.

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.

Şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.

tag: Şaxta,Hava,Soyuq,Bakı,Abşeron ,todaypress.az,