Bakıda 21 istiqamətdə tıxac var - SİYAHI

Sosial

26.02.2025 18:54

1709

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. 

TodayPress xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Hazırda: 

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 

5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 

7. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində; 

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 

9. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər); 

11. Babək prospekti, mərkəz istiqamətində; 

12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 

13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 

14. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində; 

15. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 

16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 

17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 

18. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 

19. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 

20. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 

21. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.

tag: Bakı,Yol,Tıxac,Nəqliyyat,todaypress.az,