Bakıda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Sosial

04.04.2025 20:20

2791

Bakıda 2 yaşlı körpə hündürlükdən yıxılıb.

TodayPress “oxu.az”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2023-cü il təvəllüdlü Malik Cavid oğlu Abbaslı yaşadığı evin 2-ci mərtəbəsindən, pəncərədən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş M.Abbaslının vəziyyəti qənaətbəxşdir.

 

tag: Bakı, Körpə, Qaradağ, Qəsəbə, Xəstəxana, todaypress.az,