Bakı-Sumqayıt qatarlarının sayı artırılacaq
Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində həftədə əlavə 61 reys təyin olunacaq.
TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılır.
tag: ADY,Bakı,Sumqayıt,Qatar,Reys,Artım,Todaypress.az,