Bakı sakininin 14 500 manatı ələ keçirildi
Sosial
10.10.2024 10:45
Bakıda dələduzluq faktı baş verib.
TodayPress DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 14500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı E.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
tag: Dələduzluq,Pul,Nəsimi,Bakı,Todaypress.az,