Bakı-Qazax yolunda avtoxuliqanlıq edən sürücü həbs olundu
Sosial
27.01.2025 22:41
Magistral yolda avtoxuliqanlıq edən sürücü
həbs olunub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat
xidmətindən bildirilib.
Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə
etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda
hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP
əməkdaşları tərəfindən ona "Saxla" işarəsi verilib, lakin sonuncu
polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi
nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış
materiallar baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini
idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 gün müddətində
inzibati qaydada həbs edilib.
tag: Avtoxuliqanlıq, DİN, Həbs, Goranboy, Bakı, Qazax, todaypress.az,