Bakı metrosunda daha bir qadın maşinist işə başlayacaq
Fevralın 20-də "Bakı Metropoliteni"nin Təlim-tədris mərkəzində 6 ay müddətində keçirilən "qatar maşinisti" təlim proqramının yekunu ilə əlaqədar məzun olan maşinistlərə ixtisaslarına aid diplom və sertifikatlar təqdim edilib.
TodayPress xəbər verir ki, ümumilikdə 1-i qadın olmaqla 8 maşinist məzuna diplomları “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov təqdim edib.
Sədr müavini maşinist peşəsinin çox çətin lakin metropalitendə mövcud olan peşələrin arasında ən şərəflisi olduğunu vurğulayıb.
Eyni zaman da bugün məzun olan qadın maşinist Aydan Kazımova maşinist peşəsinin ağır və şərəfli peşə olduğunu söyləyib.
O, bu peşənin bütün sirrlərinə böyük diqqət və peşəkarlıqla yanaşacağına, bu peşənin çətinlik və məsuliyyətlərinin öhdəsindən uğurla gələcəyini bildirib.
Nicat Osman
tag: Bakı Metropoliteni,Təlim-tədris,Qatar,Aydan Kazımova,todaypress.az,