Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır
Sosial
30.01.2025 20:38
Bakı metrosunun inkişafı çərçivəsində
gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km
metro xəttinin çəkilməsi planlaşdırılır.
TodayPress xəbər verir ki, bu barədə Prezident İlham
Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramında deyilir.
"Bu layihələr həm sərnişin axınının rahatlığını
təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə
verəcəkdir" proqramda qeyd olunub.
2025-2030-cü illər ərzində İstismar müddətini başa vurmuş
(hərəkət tərkiblərinin) vaqonların yenilənməsi və 299 ədəd
yeni vaqonun alınması planlaşdırılır.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf
Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik
deposundan və 119,1 km
uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
tag: Bakı,Metro ,İnşa, Vaqon, Stansiya, todaypress.az,