Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Sosial

12.03.2025 14:42

1261

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 18-də əlavə qatar reysləri təyin edir.

Bu barədə TodayPress-ə ADY-dən məlumat verilib.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz" deyə məlumatda qeyd edilib.

tag: ADY,Cədvəl,Qrafik,Sərnişin,Todaypress.az,