Bahar Muradova: “Yetkinlik yaşına çatmayanların işləri ilə bağlı təkliflər hazırlanıb”

Sosial

10.10.2024 11:50

“Məişət zorakılığı ilə bağlı cəmiyyətdən gələn çağırışlara açıq olmaq lazımdır. Bu istiqamətdə müraciət etdiyimiz əsas sənəd "Məişət zorakılığı haqqında" qanundur. Biz növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik. Qeyd edək ki, artıq məişət zorakılığına dair subyektlərin əhatə dairəsi genişləndirilib. Bundan əlavə, qısamüddətli orderlərin verilməsi prosesi artıb. Lakin bu kifayət deyil. Daha çox iş görülməlidir”. 

TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən övladlığa götürmə, qəyyumluq və himayəçilik komissiyası, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının hər ikisinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəsi gözlənilir.

Qeyd edək ki, tədbir məişət zorakılığına dair dövlət orqanlarına edilən  şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər məsələləri əhatə edib. 

Töhfə Səməd

tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,İnsan hüquqları,Zorakılıq,Todaypress.az,