Bahar Muradova: “Təhsilli qızlar cəmiyyət üçün kapitaldır"

Sosial

20.02.2025 11:21

2800

“Hər kəs təhsil hüquqdan maksimum yararlanma imkanına malik olmalıdır”. 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda deyib.

Sədr qeyd edib ki, keçmişdə qadınların təhsildə əsas qayəsi övladlarının sağlam mühitdə formalaşması olub. Ancaq dövlət formalaşdıqca, bu mövqe tamamilə fərqli xarakter alıb: 

“Qızların təhsili yalnız fərdi inkişaf və ailə maraqları konteksində deyil, həm də cəmiyyətin gələcəyi və tərəqqisinə kapital deməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq qızların təhsilinə xüsusui önəm veririk”.  

Qiymət Mahir

tag: Ailə qadın uşaq,BDU,Tədbir,Bahar Muradova,Todaypress.az,