Bacısı qızının toyuna gedən şəxs öldü
Lənkəranda
toyda ölüm hadisəsi qeydə alınıb.
TodayPress xəbər verir ki, Cəlilabad rayon Qarayar kənd sakini 1976 - cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov Lənkərana bacısı qızının toyuna gedib.
S. Yaqubov toyda özünü pis hiss
edib. Yaxınlarından onu yaxınlıqdakı aptekə aparmalarını xahiş edib və
aptekdə dərman alaraq qəbul edib.
Bundan
sonra onun halı pisləşib və təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının
təcili yardım şöbəsinə çatdırılıb.
Həkimlər
ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi yardım
göstəriblər. Göstərilən bütün səylərə baxmayaraq S. Yaqubovun həyatını xilas
etmək mümkün olmayıb.
Meyit
aidiyyəti üzrə təhvil verilib.
Faktla
bağlı araşdırma aparılır.
tag: Lənkəran, Toy, Ölüm, Hadisə, Cəlilabad, todaypress.az,