Babək prospektində yanğın baş verdi
Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən obyektdə yanğın baş verib.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
tag: Yanğın, Hadisə, FHN, Babək, todaypress.az,