“Aztelekom”: Qarabağda 3500-dən artıq ev təsərrüfatı genişzolaqlı internetdən istifadə edir

Sosial

10.03.2025 12:45

2037

İşğaldan azad edilmiş ərazilərimizdə 3500-dən artıq ev təsərrüfatı genişzolaqlı internet xidmətlərindən istifadə edir.

TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin baş direktorunun vəzifələrinin müvəqqəti icraçısı Həsən Ömərov deyib. 

“İşğaldan azad edilmiş ərazilərimizdə magistral internet kabellərinin çəkilişi davam etdirilir. Həmin ərazilərdə köç planına uyğun olaraq yeni texnologiyalar tətbiq olunur” deyə o bildirib.

tag: Aztelekom,Qarabağ,Ev,İnternet,Todaypress.az,