Azəristiliktəchizat” ASC-nin sədri sakinlərin istilik təchizatına dair problemlərini dinlədi
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin mart ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi rayonunda Ağcabədi, Laçın və Ağdam sakinləri üçün vətəndaş qəbulu keçirib.
TodayPress xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Yeni Azərbaycan Partiyasının binasında keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Bir neçə müraciətlə əlaqədar vətəndaşların iştirakı ilə əraziyə səfər edilib və yerində baxış keçirilərək müvafiq izahat verilib.
Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi rayonunda 2024-2025-ci il payız-qış mövsüm ərzində istismar olunan qazanxanaların fəaliyyəti tanış olmuş, istehlakçıların problemlərinin həll edilməsi istiqamətində texniki dəstəyin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
tag: “Azəristiliktəchizat” ASC,Vətəndaşlar,Qəbul,Problemlər,Todaypress.az,
