Azərbaycanlı ana-bala Türkiyədə dənizdə batdı
Sosial
19.06.2024 22:12
Türkiyədə azərbaycanlı yeniyetmə dənizdə boğulub.
TodayPress xəbər verir ki, hadisə Qara dənizin ən təhlükəli sahillərindən olan Şile rayonu ərazisində qeydə alınıb. 17 yaşlı Yusif Camalov dənizdə yoxa çıxandan sonra onun meyiti səhər saatlarında tapılıb.
Mərhumun atası Araz Camalov bildirib ki, oğlu ilə yanaşı xanımı da suda boğulub:
"Həyat
yoldaşımı qurtara bilsəm də, oğlumu qurtara bilmədim, gücüm çatmadı. Çimərlikdə
heç bir xilasetmə, təhlükəsizlik qüvvələri yoxdur. Əgər belədirsə, bağlansın
ora. Hər gün 3-4 nəfər boğulub ölür". (lent.az)
tag: Türkiyə,Qara dəniz, Çimərlik, Xilasetmə, todaypress.az,